Müller: "Messinin tək səhvi var"

11 Dekabr 2012 17:12 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Almaniyanın əfsanəvi futbolçu Qerd Müller ona aid qol rekordunu 40 il sonra qıran "Barcelona"nın ulduzu Lionel Messini tərifləyib: "Onun yeganə səhvi "Bayern Münih"də oynamamasıdır."
Müller Messi haqqında belə deyib: '' O, inanılmaz bir oyunçudur, bir qəhrəman, utancaq, gözəl və professional bir oyunçudur.'
Messi üçün sevindiyini bildirən Müller,'' Mənim rekordum 40 il qırılmadı. İndi dünyanın ən yaxşı futbolçusu bu rekordu qırdı'' şəklində açıqlama verib.
Messinin möcüzəvi bir oyunçu olduğunu ifadə edən Müller, ''Onun tək səhvi var. O da "Bayern Münih" üçün oynamamasıdır.'' zarafatını da edib.
Messi bu həftə sonu oynanan qarşılaşmada 86-cı qolunu vuraraq "Bayern Münih"in köhnə futbolçusu Qerd Müllerin rekordunu qırmışdı.
Xatırladaq ki, Qerd Müller 1972-ci ildə Bavariya formasıyla, bir ildə 85 qol vurub.