Hicablı qadın Fransada ən yaxşı dayə seçildi

11 Dekabr 2012 17:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Fransada "Gouvernantes" akademiyası tərəfindən  hər il təşkil edilən ən yaxşı uşaq dayəsi yarışı İzabelle Katiau qazanıb. Min namizədin iştirak etdiyi yarışda namizədlərə texniki və nəzəri biliklərlə bağlı ayrı-ayrı suallar yönəldilib. Hicablı bir müsəlman olan İzabelle Katiau sualların hamısına doğru cavab verərək birinci olub. O, 4 min Avronun da sahibi olub. İzabelle Katiau yarışdan sonra etdiyi şərhdə hicablı dayələrin özlərinə əmanət edilən uşaqların baxımında və Fransanın gələcək nəslini böyütməkdə ən az digərləri qədər qabiliyyətli olduqlarının vurğulayıb