Region gəncləri arasında könüllülüyün təşviqi başa çatdı

11 Dekabr 2012 19:27 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək" Gənclər İctimai Birliyinin Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən "Region gəncləri arasında könüllülüyün təşviq olunması" layihəsi başa çatdı.
Əsas məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi olan layihə Bakı və Sumqayıt şəhərlərində icra olunmuşdur.
4 ay davam edən layihə çərçivəsində əsasən gənclərdə könüllülük işinə maraq oyadılmış, zəruri təbliğat və maarifləndirmə işləri aparılmış, könüllü təşəbbüslər üzə çıxarılmış, onlar dəstəklənmiş, könüllülər qrupu formalaşdırılmış və birgə layihələr icra edilib.
Layihəni uzun müddət davam etdirmək, eləcə də layihə məqsədlərinin bütün regionlarda yayılması üçün təşkilat tərəfindən qeyri-formal "Könüllülük Məktəbi" də yaradılmışdır. Məktəi daha çox gəncin silsilə olaraq, könüllülük bacarıqlarına yiyələnməsinə və bu işin Azərbaycanda daha çox yayılmasına kömək etməyi nəzərdə tutur.
Yüzlərlə gənci əhatə edən bu layihə Azərbaycanda çalışan xarici könüllülərin yerlərdə könüllü fəaliyyətlə məşğul olmaq istəyən gənclərə praktik tövsiyələr verməsinə də şərait yaradıb.
Qeyd edək ki, növbəti ildən bu layihənin digər şəhər və rayonlarda davam etdirilməsi nəzərdə tutulub.