Bu nazirlik proqnoza 104,8 faiz əməl edib

13 May 2016 13:03 (UTC+04:00)

Vergilər Nazirliyi bu il dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub. Proqnoza 104,8 faiz əməl edilib.