Bu günə gözlənilən hava şəraiti

12 Dekabr 2012 10:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında dekabrın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yağışın tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə isə dekabrın 12-də yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 12-də Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.