Beyni yaşlandıran gen tapılıb
20 Aprel 2012 14:38 (UTC+04:00)
Beynəlxalq qrupun apardığı tədqiqatlada , beynin hafizə
və istiqamət tapmaqda böyük rol oynayan hipokampus
bölgəsindəki gen mutasiyalarının beynin yaşlanmasını
sürətləndirməsi ilə bağlı olduğu aşkar olunub.
Mövqe.az Nature Genetics jurnalına istinadən bildirir ki,
nümayiş olunan araşdırmalarda bu genlərin beyni təxminən 4 il tez
yaşlandırdığı müəyyən olunub.
Araşdırmalarda 56-84 yaşındakı 9 mindən çox adamın genləri tədqiq
olunub .
Kaliforniya Universitetində tədqiqatları aparan Çarles
DeCarli hipokampusun yaşlandıqca kiçildiyini , lakin bu kiçilmənin
Alzheimer xəstəliyinə yoluxma riskini artıra biləcəyini
vurğulayıb
Əfqanə Məzahirqızı