Şimali Koreya Los Ancelesi vura biləcəyini sübut edib

12 Dekabr 2012 14:49 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Şimali Koreya axrıncı dəfə həyata keçirdiyi raket sınağı ilə ABŞ-ın Los Anceles şəhərini vura biləcəyini sübut edib. Şimali Koreya, bu gün yerli vaxla 10.51 -də "Unha-3" adlı uzun mənzilli raketini "Pyongan Bukdo" əyalətinin Çolsan qəsəbəsindəki "Sohae" Kosmos Mərkəzindən atıb. Şimali Koreya Mərkəzi Xəbər Agentliyi "KNCA", atış əməliyyatının müvəffəqiyyətli olduğunu bildirib. Raketin birinci, ikinci və üçüncü mərhələlərinin hansısa bir ölkənin sərhədləri daxilində zərərə səbəb olmadan dənizə düşdüyü öyrənilib. Başda Şimali Koreya olmaqla Cənubi Koreya və ABŞ qaynaqlarından alınan məlumata görə, roketdəki "Kwangmyongsong-3" adlı peyk isə orbitə yerləşib.