Tayland göydələndən belə görünür
12 Dekabr 2012 15:36 (UTC+04:00)
Movq.az xəbər verir ki, Taylandı ziyarət
edən turistlər paytaxt Banqkoku 309 metr yüksəklikdə, dünyanın ən
hündür göydələnlərindən biri olan "Baiyoke Tower"dan seyr etmə
imkanına malikdir. "Baiyoke Tower" Taylandın ən yüksək binasıdır.
Binanın 84-cü qatında isə Taylandın ilk və tək, 360 dərəcə
dönə bilən balkonu var. Turistlərin sevimli mərkəzi olan göydələn,
Bangkoku hündür yerdən seyr etmək istəyənlərin siyahısında birinci
yerdə dayanır.

