"Qiyamət günü" qorxusu davam edir - FOTOLAR

12 Dekabr 2012 16:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, 21 dekabr yaxınlaşır, hər kəs qiyamət ssenariləri yazıb qaçış yolları axtarır. İndi bu karvana çinli bir cütçü də qatılıb. Liu Qiyuan, Maya təqviminə görə dünyanın sonunun gələcəyi 21 dekabr üçün belə bir kürə hazırlayıb. Qiyuan, ətrafında "fiberglass" qablı bu kürənin təbii fəlakətlərə qarşı etibarlı bir sığınacaq olduğuna inanır. Bunu sunami kimi təbii fəlakətlərə qarşı da istifadə edilə biləcəyini söyləyən Qiyuan,  kürənin içində oksigen çətinliyi olmadığını və kresloların təhlükəsizlik kəmərləri ilə dəstəkləndiyini söyləyir.