Britaniyalı qrup "One Direction" Nyu-Yorkda konsert proqrami ilə çıxış edib

12 Dekabr 2012 17:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Milad bayramına sayılı günlər qalıb. Bununla bağlı dünyanın bir çox ölkələrində bayram konsertləri təşkil olunur. Nyu Yorkda da açıq hava altında baytramın növbəti şousu baş tutub. Musiqili gecə məşhur ulduzların çıxışları ilə yadda qalıb. İlk olaraq səhnəyə Britaniyalı qrup One Direction çıxıb. Ən son hitlərini səsləndirən beşlik ifası ilə yadda qalmağı bacarıb. Qrup, Son ayların hiti sayılan "What makes you a beautiful" sinqlını da təqdim edib. Alqışlarla qarşılanan çıxışdan sonra səhnəyə oğlanlardan ibarət The Wanted qrupu çıxıb. "Glad you came" hitini səsləndirən qrupu Kantri ulduz Teylor Svift əvəz edib. Ötən ay çıxardığı "Red" albomuna daxil olan "We are never ever back together" mahnısı gecədə əsl coşqu yaradıb.Möhtəşəm performansdan sonra söz R en B janrına verilib. Bu janrın ən uğurlu təmsilçilərindən biri Ne Yo ifa etdiyi hər bir mahnını xüsusi rəqs nömrələrilə nümayiş etdirib. Bayram konserti Gremmi 2013-ün əsas favoriti olan Fun qrupunun ifası ilə yekunlaşıb.