HIV virusuyla xərçəngi məğlub etdi

12 Dekabr 2012 17:11 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da yaşayan Emili Vaythed adlı gənc qız tutulduğu "Leukemia" (qan xərçəngi) xəstəliyindən ona verilən təsirsiz hala gətirilmiş HIV virusu sayəsində xilas olub. Emilyin hekayəsi olduqca təsirlidi.. Bütün müalicələrin sınanmasına baxmayaraq, sağalmayan kiçik qızın bədənindəki virusun, bütün müalicələrə müqavimətli olduğu təyin edilib. Artıq həkimlər ondan bütün ümidi kəsmişdi, lakin ailə son ümidə qədər mübarizə aparmağa qərar verdi və qızlarını Filadelfiyadakı Uşaq Xəstəxanası Xərçəng Mərkəzinə apardı. Burada təklif edilən müalicə təsirsiz hala gətirilmiş bir növ HIV virusunun nəql edilməsi olub. Yenə də müalicə olduqca riskliydi, çünki hələ sınaq mərhələsində olan müalicənin əks təsirləri tam olaraq bilinmirdi. Əgər 48 saat içində qərar verməsələr Emilinin orqanları sıradan çıxacaqdı. Müalicəni sınamağa qərar verən ailə kiçik qızları üçün narahat idi.. Əvvəlcə əks təsirlərə məruz qalan və yenə ölümdən qayıdan Emili  həkimlərin qayğısı nəticəsində sağala bilib.