Putin:" "Üç uşaqlı ailə Rusiya üçün norma olmalıdır"

12 Dekabr 2012 16:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Rusiyada artıq 3 uşaq sahibi olmağın bir norma halına gəlməsi lazım olduğunu, ailələrin bu istiqamətdə bir addım atmasının əhəmiyyətli olduğunu söyləyib. Çoxuşaqlı ailələrə təmin edilən iqtisadi və sosial imkanların nəticələrini görməyə başlayan Rusiya, uzun illərdir ilk dəfə doğum nisbətlərindən müsbət nəticə alıb. İlk on ayda 7 fazi artım olaraq, 1 milyon 587 min yeni uşaq dünyaya gəlib. Əhali sayı isə 143 milyon 200 min sərhədini keçib. Duma millət vəkilləri, Federasiya Şurası senator və hökumət rəsmiləri ilə Kremldə illik qiymətləndirmə konfransında çıxış edən Putin, "Nəticələr ailələrin ikinci uşağı seçim etmənin, potensial olaraq üçüncünü də seçim edə biləcəyi mənasını verdiyini ifadə edir. Ailə üçün bu istiqamətdə bir addım atmaq çox əhəmiyyətli. "deyib. Rusiya lideri çıxışında, "Üç uşaqlı ailə Rusiya üçün norma olmalıdır" təklifini irəli sürüb.