12.12.12 tarixi üçün erkən doğum etdilər

12 Dekabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bütün dünyada olduğu kimi İndoneziyada da bu gün 12 dekabr 2012-ci il çılğınlığı yaşanmaqdadır. Cütlüklər evlilik tarixlərinin 12.12.12 ola bilməsi üçün bu gün evlənib, ölkə mediası da gün, ay və il rəqəmlərinin eyni olduğu bu gün doğan uşaqların xəbərlərini yayımlayıb. Saatlar 00:00-u göstərən zaman televiziyalarda günün doğan ilk körpələrinin xəbərləri yayımlanmağa başlanıb. Bununla yanaşı, ölkədə 6 qadının uşaqlarını bu gün dünyaya gətirmək üçün keysəriyyə ilə erkən doğum etdiyi söylənilib. Bu günün tarixini digər tarixlərdən ayıran xüsusiyyət isə bundan sonrakı illərdə bu şəkildə eyni rəqəmlərdən ibarət olan tarixin min il ərzində olmamasıdır.