5 "iPad"ə birdən sahib oldu

12 Dekabr 2012 18:25 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da Aleksa adlı qadın "Best Buy2 adlı texnologiya saytından bir "iPad" sifariş verib. Ancaq sifariş evinə gəldiyi zaman özünə 5 "iPad" göndərildiyinin şahidi olub. Aleksa, "Best Buy"ın əlaqə xəttini axtarıb və özlərini vəziyyətdən xəbərdar edib. Qısa müddət sonra "Best Buy" tərəfindən Aleksaya göndərilən elektron məktubda bunlar yazılıb, "Hər vaxtınız xeyir, Aleksa. "Best Buy" ilə başınıza gələn bu hadisə haqqında dürüst bir şəkildə əlaqə qurduğunuz üçün minnətdarıq. Hal-hazırda sizin kimi neçə adam belə bir addım atardı bilmirik, amma tərəfimizdən edilən səhvə görə, cihazların hamısının sizdə qalmasını istəyirik. Bundan başqa, yeni ilin yaxınlaşması ilə əlaqədar bu günlərdə, əlinizdəki cihazları mümkünsə ehtiyac sahibi yoldaş və dostlarınıza vermənizi xahiş edirik."