Gənclərimiz Afrikaya gedir

12 Dekabr 2012 17:38 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Rasim Ağayev Afrika ölkəsi olan Qambiyaya səfərə gedir. 

Qambiya Gənclər Şurasının dəvəti ilə həyata keçirilən səfərin əsas məqsədi Qambiya Gənclər Festivalı və Konfransında iştirak etməkdir. 

2 ildə bir dəfə təşkil olunan bu tədbirin əsas mqəsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir yerə toplamaqla onlar arasında təcrübə mübadiləsi təşkil etməkdir. Tədbir həm də milli səviyyədə gənclərin inkişafı üçün aparılan siyasətin, proqramların və digər fəaliyyətlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi üçün təşkil olunan platformadır. 

Tədbirlər "Gənclərin iqtisadiyyatın məhsuldar sahələrinə doğru istiqamətləndirilməsi" başlığı altında 14-22 dekabr 2012-ci il tarixlərində keçiriləcək.

Qeyd edək ki, səfərdə Gənclər Təşkilatları Milli Şurasının da nümayəndələri iştirak edəcək.