Bu günə gözlənilən hava şəraiti

13 Dekabr 2012 11:06 (UTC+04:00)

Movqe.Az xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında dekabrın 13-dəgünün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 13-dəgecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı dekabrın 13-ü axşamdan ölkə ərazisində hava şəraitinin soyuyacağı, 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.