Dolların Bazar ertəsinə olan qiyməti açıqlandı

20 May 2016 19:00 (UTC+04:00)

23.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,4957 səviyyəsində müəyyən olunmuşdur. Bu barədə "Movqe.az-a Mərkəzi Bankdan bildirilib. Mayın 20-də USD/AZN rəsmi məzənnəsi 1,4987 səviyyəsində olub.

Qeyd edək ki, bu il Martın 11-də USD/AZN rəsmi məzənnəsi 1.6456 səviyyəsinədək qalxmışdı.