Azərbaycan paytaxtında yaşayış binası yanır

13 Dekabr 2012 12:00 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verən yanğının qarşısını almaq məqsədi ilə əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.