İran UNESCO-da Azərbaycana etiraz etdi

13 Dekabr 2012 12:57 (UTC+04:00)

İranın "Mehr" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə qərar İran Musiqi Evinin Direktorlar Şurası tərəfindən qəbul olunub. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, artıq İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. Bundan başqa vəziyyətlə bağlı İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın UNESCO-dakı nümayəndəsi məsuliyyətsizlikdə ittiham olunub. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. İran tərəfi tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.