Türkiyənin Baş naziri Əhməd Davudoğlunun istefası qəbul olunub.
Movqe.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan Ə. Davudoğlunu qəbul edib.
Rəsmi məlumata görə, 65-ci hökumət formalaşana kimi Əhməd Davudoğlu Baş nazir səlahiyyətlərini yerinə yetirəcək.