Əzələ və skelet quruluşuna görə insana bənzəyən robot

13 Dekabr 2012 15:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yaponiyalı tədqiqatçılar insanların əzələ və skelet quruluşuna bənzəyən  insan robotu hazırlayıb. Bədənimizdəki bütün sümük və əzələlərin bənzərinə malik olan robot, fantastik filmlərdəki qəhrəmanları xatırladır. Yaponiyadakı Tokio Universitetinin elm adamlarının inkişaf etdirdiyi "Kenshiro" adlı robot, robot istehsalında yeni dövr açacaq bir addım olaraq xarakterizə edilir. "Kenshiro" Osaka şəhərindəki "Humanoids 2012" konfransında təqdim edilib. "Kenshiro" süni əzələ və sümüklərdən yaradılıb. Lakin yalnız üst hissənin 45 kiloqram ağırlığa çatması, işlərə xələl yetirib. Elmi qrup, döş qəfəsi, bel sümüyü, baldır və diz oynağı başda olmaqla gövdəni yenidən hazırlayıb.