Kivinin faydaları

13 Dekabr 2012 15:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, İnsan bədəninin xüsusilə qış aylarında C vitaminə ehtiyacı artır.  Bir çox meyvədə olan C vitamini xüsusilə kividə daha çoxdur. Həm immunitetin güclənməsi, həm də qrip infeksiyaların azalmasıyla qarşısının alınması üçün bol-bol kivi yemək lazımdır. 120-130 qramlıq kivinin yarısı belə yetkin bir insanın gündəlik C vitamini ehtiyacını qarşılayır. Qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı faydalı olan kivi immunitet sistemini gücləndirir. A və C vitaminləri ilə kalium baxımından zəngin meyvə olan kivi kalsium, dəmir, maqnezium kimi minerallar baxımından da zəngindir. Bundan əlavə, kivinin tərkibində olan C vitamini qocalma prosesini ləngidən kollagen istehsalını stimullaşdırır.