Suriyada ərzaq bahalaşıb

13 Dekabr 2012 15:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Suriyada 21 aydır davam edən döyüş şərtləri ictimai həyata mənfi istiqamətdə təsir etməyə davam edir. Bölgədə əsas qida məhsullarının qiymətləri hər ötən gün daha da artır. Qarşıdurmalar səbəbiylə həyatın yox olma nöqtəsinə gəldiyi Suriyanın Hələb şəhərində çörəyin çəkisi 3, mətbəx qazının qiyməti 44 dollara qədər yüksəlib. ABŞ, Suriyadakı böhrandan təsirlənən xalqa 14 milyon dollarlıq əlavə humanitar yardım paketi göndərib. ABŞ Xarici işlər nazirliyindən edilən şərhdə, bu yeni kömək paketiylə yanaşı ABŞ-ın Suriya daxilində1.5 milyondan artıq vətəndaş ilə qonşu ölkələrə qaçan yüz minlərlə insana istiqamətlənmiş humanitar yardımlarının miqdarının 210 milyon dollara çatdığı bildirilib.