Etirazlara fikir vermədilər

13 Dekabr 2012 16:06 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Şimali Koreya etirazlara baxmayaraq dünən səhər uzun mənzilli mərmi atıb.  Pyonqyanqda xalq, "peyk daşıdığı" iddia edilən mərmini rəqs edərək qeyd etsə də, koreyalıların bir neçə həftə davam edən texniki problem yaşadığına inanan amerikalılar isə raketin alovlanmasından heyrətlənib. Şimali Koreyanın yeni lideri Kim Jong qonşularını və ABŞ-ı çaşdıran yeni və güclü bir həmlə edib. Ölkənin Çin sərhədi yaxınlığındakı Sohae Kosmos Bazasından dünən səhər atılan Unha-3 (Qalaktika 3) raketi kosmosa "Kwangmyongsong-3" (Parlayan Ulduz) adı verilən peyki dünya orbitinə çatıb. Yükünü boşaldan raketin hissələri isə Filippin dənizinə düşüb.