Rus şirkətindən iki ekranlı mobil telefon

13 Dekabr 2012 16:24 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiyada olan telefon şirkəti "Yotam" iki ekranlı telefon istehsal etdiyini açıqlayıb. Android əməliyyat sistemiylə işləməsi planlaşdırılan telefonun ekranlarından biri kağız olacaq.

Şirkət telefonun az enerji sərf edən ikinci bir ekrana sahib olmasının, istifadəçilərin sosial mediaya əllərinin daha asan çatmalarına şərait yaradacağını deyib.

İkinci ekran sayəsində batareyasının bitmək üzrə olduğu vəziyyətdə bəzi vacib məlumatların göstərilməsi mümkün ola biləcək.

Şirkətin Android əməliyyat sistemi ilə işləyən 4G xüsusiyyətli telefonu 2013-ci ilin ikinci yarısında bazara çıxması gözlənilir.

Şirkət telefonu Samsung Galaxy S3, HTC One X və Sony Xperia T ilə eyni sinifdə satacağını açıqlayıb.

Əgər telefon planlaşdırıldığı kimi bazara çıxarılsa bu şirkətin ilk telefonu olacaq.

Kağız ekran texnologiyası daha çox elektron kitab oxucularından istifadə edilir. Bu texnologiya oxuma prosesində gözü yormadığı və günəş altında da okunabildiyi üçün daha çox seçilir.

Ancaq elektron mürəkkəb texnologiyasının yenilənmə sürətinin yavaş olması səbəbinə görə bu ekranlar video izləmək ya da kompüter oyunu oynamaq üçün istifadə edilmir.

"Yota"nın bazara çıxarmağa planlaşdırdığı telefon isə hər iki ekranı eyni cihazda birləşdirir.