3 əkiz qardaş eyni həbsxanaya göndəriləcək

13 Dekabr 2012 17:09 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da üç əkiz qardaşdan ikisi oğurluq cinayəti ilə həbs edilib. Müxtəlif cinayətlərdən hazırda həbsdə olan üç əkiz qardaşın eyni həbsxanaya göndərlməsi mümkündür. ABŞ-da yaşayan Deşaun Juron və Devon Şiver adlı əkizlər həbs edilib. Juron sevgilisinin atasına aid pul və cib telefonunu qardaşı Deşaunla birlikdə 2010-cu ilin fevralında oğurlamışdı. Hakim iki qardaşı da soyğun və hiylə qurmaqda təqsirkar bilib. Məhkəmə cəzalarını növbəti ay açıqlayacaq. Əgər qərar 15 il olsa qeyri-qanuni silah saxlama və cinayətə təşəbbüsdən 2043-cü ilə qədər həbsdə qalacaq qardaşlar Devon ilə eyni həbsxanaya düşəcək.