"Mouse"la gələn xakker təhlükəsi

13 Dekabr 2012 17:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Microsoft"un məşhur internet brauzeri "İnternet Explorer"in siçan hərəkətlərini xakkerlərə təqdim edən boşluğu kəşf edilib. Məlum olub ki,  xakkerlər siçan kursorunu hərəkət etdirən istifadəçilərin hər anını izləyə bilir. Xüsusilə bankların istifadə etdiyi virtual klaviaturalar nəzərə alınsa sözügedən təhlükə daha dəqiq aydın olur. Çünki virtual klaviatura istifadə edərək "keylogger "(klaviatura dümələrini izləyən xak üsulu) proqramlarından qaçmağa çalışan istifadəçilər əslində özləri də bilmədən məlumatlarını xakkerlərin əlinə verir. İstifadəçilər "İnternet Explorer" pəncərəsini aşağı endirib (kiçildib) başqa bir əməliyyatla məşğul olsa belə siçan hərəkətləri izlənilməyə davam edir.