Tanınmış ekstrasensin özəl günündə 13 min dollarlıq HƏDİYYƏ
25 May 2016 15:25 (UTC+04:00)
Azərbaycanda və Moskvada fəaliyyət göstərən
tanınmış ekstrasens Aqil Məhərrəmov ötən gün ad gününü qeyd edib.
Movqe.az xəbər
verir ki, özəl günündə ən yaxın dostlarını başına toplayan A.
Məhərrəmov təəssüratlarını bölüşüb:
"Əslində ad günü mərasimləri qeyd etməyi o qədər
də xoşlamıram. Sadəcə Moskvadan Bakıya təzə gəlmişdim, dostlarım
üçün darıxmışdım. Onları dəvət etdim, kiçik bir yığıncaq
keçirtdim.
Dostluğa çox dəyər verən insanam. Həyatda barmaqla
sayılacaq dostlarım var. Məncə hər kəs üçün xoş
oldu".
Ad günümdə ən özəl hədiyyənin qiymətini açıqlayan
ekstrasens bildirib:
"Ən dəyərli hədiyyənin qiyməti hardasa 13 min
dollarlıq olardı. Bir zamanlar köməklik etdiyim şəxsdən heç bir şey
almamışdım. O da mənə belə sürpriz etdi. Həmin adam Moskvada
yaşayır".