Huqo Çavezin vəziyyəti stabildir

13 Dekabr 2012 20:03 (UTC+04:00)
Movqe.az xəbər verir ki, əməliyyat ilə bəd xassəli xərçəng toxuması alınan Venezuela Dövlət Başçısı Huqo Çavezin sağlamlıq vəziyyəti sabitdir. Bu rəsmi açıqlama Venezuela hökumətindən gəlib. Kubada keçirilən altı saatlıq əməliyyatdan sonra Çavezin çətin bir reabilitasiya dövrü keçirdiyi ideyilib. Dövlət Başçısı ilə birlikdə onun yaxınları da Havanadadır. Xatırladaq ki, Venezuela Parlament sədri Diosdado Kabello Çavezin vəfat etdiyi xəbərlərini təkzib etmişdi.