İngiltərə tələbə vizalarını çətinləşdirir

13 Dekabr 2012 19:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərə Daxili İşlər naziri Teresa May tələbə vizalarından sui-istifadə hallarının qarşısını almaq üçün ərizə sahiblərindən müsahibə götürüləcəyini söyləyib. O, növbəti aprel ayından etibarən yalnız viza müraciətində təqdim edilən sənədlərin nazirlik işçiləri tərəfindən yoxlanılacağını və onlardan müsahibə götürüləcəyini bildirib. Daxili İşlər Naziri, İngiltərənin təhsil mərkəzi olma mövqeyini qoruyacağını, lakin tələbə vizalarının ölkədə işləmək üçün istifadə edilməsinin qarşısını alacaqlarını da sözlərinə əlavə edib.