İstanbul polisi bu gün səhər saatlarından başlayaraq antiterror əməliyyata başlayıb. Movqe.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.
Əməliyyat çərçivəsində artıq 40-a yaxın saxlanılan olduğu bildirilir, lakin onların adları açıqlanmır.
Qəzetin verdiyi məlumata görə, antiterror əməliyyatlar gün ərzində Türkiyənin başqa şəhərlərində də aparılacaq.
Sonuncu dəfə İstanbulda polis tərəfindən antiterror əməliyyatı martın 30-da keçirilib.