Cinsi əlaqədən imtina etsə, ər arvadını...Şok qanun layihəsi
29 May 2016 20:00 (UTC+04:00)
Pakistanın İslam İdeologiyası Şurası qadınların müdafiəsi ilə bağlı
öz qanun layihəsini təqdim edib.
Layihədə qadının ərinə açıq itaətsizlik göstərdiyi təqdirdə onu
yüngül döymək tövsiyyə olunur.
Yeni təklifə görə, fiziki güc tətbiqi üçün əsas kimi həyat
yoldaşının göstərişlərini yerinə yetirməmək, onun arzuladığı kimi
geyinməmək və dini izahı olmadan cinsi əlaqəyə girməkdən imtina
etmək göstərilir.
İlahiyyətçilərin fikrincə, qadını həmçinin hicab geyinməyəndə,
naməlum şəxslərlə danışanda, yüksək səslə danışanda və ərinin
razılığı olmadan digər şəxslərə pul verəndə döymək olar.
Sənəddə həmçinin, qadınlar üçün bir sıra sosial məhdudiyyətlət
təklif olunur - ibtidai təhsildən sonra kişilərlə birgə təhsil
almağa qadağa, hərbi münaqişələrdə iştirak etmək qadağası, xarici
nümayəndə heyətlərini qəbul etmək qadağası. Qadın həkimlərə kişi
xəstələri müayinə etməyə icazə verilmir. Həmçinin qadın cinsinin
nümayəndələrinə reklam çarxlarında çəkilmək qadağan olunur.
Müəlliflər hesab edirlər ki, 120 gündən sonra abort qətl kimi
qiymətləndirilməlidir. (Oxu.az)