Bakıda yeni rayon yaradılır

14 Dekabr 2012 14:11 (UTC+04:00)
Bakıda yeni rayon yaradılacaq. Movqe.Az-ın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin keçiriln iclasında "Bakı şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi" barədə qanun layihəsi müzakirə olunub.
Dəyişikliyə görə, Bakı ərazisində yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub.
Bu məqsədlə Bakının Xəzər rayonunun inzibati ərazisindən müvafiq ərazi ayrılıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.