Təhsillə bağlı etiraz səsləri ucalıb

14 Dekabr 2012 14:53 (UTC+04:00)

Movqe.Az bildirir ki, Avropanın 4-cü böyük iqtisadi ölkəsi İspaniya böhrandan çıxmağın yollarını axtarır. Maria Rajoy hökuməti kəmər sıxma siyasəti ilə xalqın təzyiqinə səbəb olur. Təhsil sistemində ediləcək məhdudiyyətlərə qarşı çıxan ispanlar küçəyə töküldülər. İspaniyada kəmər sıxma tədbirləri çərçivəsində hökumətin təhsil sistemində edəcəyi məhdudiyyətlərə ölkənin bir çox şəhərində etiraz edilib. Tələbələr, valideynlər, müəllimlər küçəyə tökülüb hökümətə səslərini eşitdirməyə çalışıblar. Nümayişlərə İspaniyadakı böyük ittifaqlar da dəstək olub. Paytaxt Madriddə Təhsil Nazirliyi qarşısında yığışan nümayişçilər, "Təhsil olmasa gələcək olmaz", "Təhsil xərcləmək deyil, qazanmaqdır" şüarları altında etirazlarını bildiriblər. Ölkədəki təhsil sisteminin diktator Franko dövründəki hala çevrildiyini iddia edən nümayişçilər, Təhsil Nazirliyini də istefaya çağırıb.