Yeni dövlət yaranır
14 Dekabr 2012 14:43 (UTC+04:00)
Movqe.Az Türkiyənin www.haber 365.com saytına istinadən xəbərt
verir ki, qərb ölkələri Suriyada Əsəd rejiminin devrilməsindən
sonrakı vəziyyəti müzakirə etdiyi bir vaxtda "Aş Şarkul Avsat"
qəzeti şok yayımlayıb.
Qəzet Əsədin şiə dövləti qurmağa hazırlaşdığını iddia edib. Qəzetin
yazdığına görə, təhlükəsizlik qüvvələrinin Aralıq dənizi
sahilindəki şəhərlərə etdiyi hücumlar həmin planın bir parçasıdır.
Xatırladaq ki, qeyd edilən ərazidə strateji əhəmiyyətli Humus,
Hula, əl-Haffə və Tirəmisə şəhərləri yerləşir: "Məqsəd həmin
ərazilərdən sünni əhalisini köçürmək və şiə əhalisini
genişləndirməklə bölgədəki demoqrafik vəziyyəti
dəyişdirməkdir".