Zakir Həsənov "Efes-2016" beynəlxalq təlimlərin İdarəetmə Mərkəzində olub

31 May 2016 10:07 (UTC+04:00)

 Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri davam edir.  

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün mayın 30-da Türkiyəyə səfər edən Zakir Həsənov Yüksək Səviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzi və Silah sərgisində olub.