Mübarək müflis oldu

14 Dekabr 2012 17:27 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin İspaniyadakı mülkiyyəti də müsadirə olunub. Onun 7 ev, 5 lüks avtomobil və 18,4 milyon avrosu İspaniya dövlətinin hesabına keçib.
Yerli polis Hüsnü Mübarəkin 28 milyon avro dəyərindəki sərvətini dövlət büdcəsinə daxil edib.
Qeyd edək ki, İspaniya banklarına olan 18,4 milyon avro, Madriddə iki mənzil, turistik zona olan Marbelladakı 7 ev və 5 lüks avtomobil misirli diktatorun mülkiyyətindən çıxarılıb.