"Gangnam" rəqsi ölümə səbəb olub

14 Dekabr 2012 15:56 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərədə yaşayan 46 yaşlı Eamon Kilbrayd "Gangnam" rəqsi etdikdən sonra sinəsinin ağrıdığını söyləyib və infarkt keçirib. 3 uşaq atası olan Kilbrayd, ofisdə təşkil etdikləri yeni il bayramından sonra ölüb. Xəstəxanaya gətirildiyi zaman artıq dünyasını dəyişən Kilbraydın kəskin ürək çatışmazlığı çəkdiyi məlum olub. Kilbraydın həyat yoldaşı Culie, yoldaşının rəqs etməyi və məclisləri çox sevdiyini, o gecə də səhnəyə çıxıb hər kəsi əyləndirdiyini söyləyib.