Fransızlar eynicinsli evliliyi dəstəkləyir

14 Dekabr 2012 16:20 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Fransada təşkil edilən ictimai araşdırma seçicilərin homoseksual evliliyə dəstək verdiyini, lakin eynicinsli cütlərin övladlığa götürmə hüququnu dəstəkləmədiklərini göstərib. Araşdırmaya görə, Fransızların 54 faizi homoseksual evliliyi dəstəkləsə də, 48 faizi buna qarşıdır. Yenə eyni araşdırma, sol meylli seçicilərin, gənclərin və qadınların homoseksual evliliyi daha çox dəstəklədiyini müəyyən edib. Sosialist hökümətin hazırladığı layihə ilk dəfə 29 yanvarda Ümumi Parlament Asambleyasında müzakirə olunacaq. Sağçı mərkəzi partiya ilə yanaşı kilsə də eynicinsli evliliyə qarşıdır. Xatırladaq ki, Avropada Fransa ilə bərabər eynicinsli evliliyi qəbul edən 11 ölkə var.