Tanınmış model 3-cü dəfə hamilədir

14 Dekabr 2012 16:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Sevgilisi Qreqorio Marsiajla biri 5, digəri 2 yaşında iki oğlan uşaqları olan məşhur model Eva Herziqova yenidən ana olmağa haırlaşır. Verilən məlumata görə, Eva Herziqova yayda doğum edəcək. Ana olduqdan sonra podiumlarda əvvəlki kimi iştirak etməyən Herziqova jurnalların birinə verdiyi müsahibədə, "Ana olmaq çox ağır bir işdir, amma dünyanın ən gözəl işidir" deyib. Xatırladaq ki, modelin 39 yaşı var.