"Facebook"dan daha bir yenilik

14 Dekabr 2012 17:07 (UTC+04:00)
"Facebook" yeni gizlilik parametrləri interfeysini mərhələli olaraq istifadəyə təqdim etməyə başlayıb. Yeni üsul, gizlilik parametrlərini daha da asanlaşdırmağı məqsəd qoyur. Movqe.az yeni dəyişiklikləri təqdim edir:

Asan, qısa yollar

Sağ tərəfdəki yeni gizlilik simvolunu tuşladıqda haqqınızdakıları kimin görə biləcəyini, kimlərin sizlərlə ünsiyyətə keçə biləcəyini və istəmədiklərinizi necə rədd edəcəyinizlə bağlı nizamlamanızı təmin edən 3 variant ekrana gələcək.

Proqramların məlumatlarınızı istifadə etməsinə icazə vermə!

Digər bir dəyişiklik isə proqram icazələrinə edilib. Məsələn "Instagram" ilə "Facebook" hesabınızı bağlamaq istəyirsinizsə, qarşınıza açıq bir pəncərə çıxacaq. Bu üsul bir az köhnə kimi görsənsə də, edəcəyiniz dəyişiklikləri daha dəqiq görmənizi təmin edir.

Daha sadə həyat yolu

Bir fotoşəkildəki etiketinizi ləğv etməklə, bir məzmunu həyat yolundan gizlətmək eyni şey deyil. Bəzən istifadəçilər ikincisini edib fotoşəkilin aradan qalxmasını gözləyir. Lakin əslində bu əməliyyat, məzmunu aradan qaldırmır, yalnız onu çətinləşdirir. İndi isə bir məzmunu "görünməz" etməyə çalışdıqda bu vəziyyət, sizə açıq şəkildə bildiriləcək.

Artıq axtarışlardan özünüzü gizlədə bilməyəcəksiniz

Axtarış nəticələrində görünməmənizi təmin edən variant artıq yoxdur. Bu bəzi istifadəçiləri gizlilik mövzusunda narahat edə bilər, lakin fərdi detallarınızın kimə göstəriləcəyi barədə hər hansı bir dəyişiklik yoxdur.