21 dekabr fərziyyəsi "işbaz"ların sayını artırıb

14 Dekabr 2012 18:31 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "21 dekabrda dünya dağılacaq" iddialarıyla insanları qorxudaraq bizneslərini genişləndirən insanlar Rusiyada da var. Qiyamət günü lazım olan bütün materiallar dəst halına gətirilərək satılır. Dünyanın sonu üçün vəsait və minlərlə rubl qarşılığında sığınacaqlar alanlar, Mariana çökəkliyində dünyanın son günləri ilə əlaqədar yazdıqları gündəlikləri saxlama imkanı axtaranlar ən nəzərəçarpan cəhdlər arasında yer alır. Rus xəbər agentliyi "RİA Novosti"də verilən xəbərə görə, "Son gecə" də ən çox gəlir götürən Moskvanın gecə klubları olacaq. 21 dekabr gecəsində fərqli gecə klublarında eyni adlarla gecələr təşkil ediləcək. Bundan başqa, yerin 65 metr dərinliyində, 1940-ci ildə edilmiş "Bunker-42 'sığınağında 30 min rubl (min dollar) ödəyənlərə bir gecə qalma haqqı veriləcək.