2 İyun 2016 18:00 (UTC+04:00)

Bu gün 6 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 15 partlayış yerinə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd 125 mm-lik tank mərmisi, 2 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd PQ-9 raketi) aşkar olunaraq götürülmüş və gün ərzində 44 277  kv. m ərazi təmizlənib. ANAMA-dan Movqe.az-a verilən məlumata görə, ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 02 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 561 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 488 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.