Cudoçularımız Almaniyadan birbaşa Brazilyaya yollanacaqlar

3 İyun 2016 12:27 (UTC+04:00)

Olimpiadaya 6 lisenziya qazanan cüdo üzrə yığmamızın Olimpiadaya hazırlığının müəyyən hissəsi müəyyənləşib.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bir neçə təlim-məşq toplanışı planlaşdıran millimizin son hazırlığı Almaniyada baş tutacaq. İyulun 15-dən 25-dək bu ölkədə toplanış keçəcək Peter Zayzenbaherin komandası oradan birbaşa Rio de Janeyroya yollanacaq. Cüdoçular mühitə uyğunlaşmaq üçün Olimpiadanın startına 10 gün qalmış Braziliyaya gedəcək.