Çin Suriyadakı vəziyyətdən narahatdır

14 Dekabr 2012 20:46 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İran və Rusiya ilə yanaşı Şam rəhbərliyinə dəstəyi ilə də bilinən Çin, Suriyada hər ötən gün artan şiddətdən narahat olduqlarını bildirib. Pekində bu gün təşkil edilən adi mətbuat konfransında çıxış edən Çin Xarici işlər nazirliyi spikerlərindən Honq Lei Suriyadakı son prosessləri yaxından izləyən ölkəsinin Suriyada olan vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün lazım olan bütün tədbirləri almağa davam etdirdiyini ifadə edib. Honq, dünənki çıxışında da "Suriya Dostları"nın dördüncü konfransında Suriya Müxalif və İnqilabçı qüvvələr Milli Koalisiyasının (SMDK) Suriyanın qanuni nümayəndəsi olaraq tanınmasına sərt reaksiya verərərək,Suriyanın gələcəyinə ancaq Suriya xalqının qərar verə biləcəyini demişdi.