Məryəm yaxtası olan sevgilisinə - ƏRƏ GEDİR
3 İyun 2016 20:30 (UTC+04:00)
Aktrisa Məryəm Uzerli iş adamı -sevgilisi Alp
Özcanla ailə həyatı qurmaq qərarı verib.
Movqe.az Türkiyə
mətbuatına istinadən xəbər verir ki, Berlində villada birgə yaşayan
cütlüyün yaxın zamanda evlənəcəyi bildirilir.
Meryem Uzerliyə evlilik təklif edən varlı iş adamı
sevgilisindən müsbət rəy alıb.
Alp Özcanın Berlindəki villaya aylıq kirayə olaraq
25 min lirə( 12 min 700 manata yaxın) ödədiyi
bildirilir.
Xatırladaq ki, M.Uzerlinin ötən gün sevgilisinin
yaxtasında paylaşdığı foto maraqla qarşılanmışdı. İlk dəfə
sevgilisini üzə çıxaran aktrisanın bu addımından sonra
evlənəcəkləri də iddia olunurdu. M.Uzerlinin bundan əvvəlki
sevgilisindən 2 yaşında Lara adlı bir qızı da var.
Mirvari Nəcəf