Üşüyən filə vodka verildi

14 Dekabr 2012 19:34 (UTC+04:00)
Movqe.Az bildirir ki, Novosibirsk şəhəri yaxınlığında filləri daşıyan tırda yanğın çıxmasından sonra, 45 və 48 yaşındakı fillərin sahibi və təlimçiləri Leonid Labo fillərinə 10 litr araq verib. Təlimçi bunun sayəsində heyvanlarını dondurucu soyuqdan qurtarmağa çalışıb. Sonra baytarın etdiyi müayinədə fillərin yalnız qulaq məmələrinin donduğu aydın olub. Novosibisk Zoopark müdiri Rostislav Şilo isə, arağın filləri donmaqdan və sətəlcəm olmaqdan qoruduğunu, heyvanların nə zərər gördüyünü nə də sərxoş olduğunu bildirib.