"Nokia"nın inanılmaz zərəri

20 Aprel 2012 17:59 (UTC+04:00)
Finlandiya mobil telefon istehsalı Nokia ilin ilk aylarında 929 milyon avro zərərlə üzləşib. İqtisadçılar məbləğin 554 milyon avro olmasını güman edirdilər. Şirkət rəsmilərinin etdiyişərhə görə, Nokia yanvar-mart dövrünü əhatə edən ilin ilk üç ayında 929 milyon avro ziyana uğrayıb. Şirkət keçən il isə bu aylarda 344 milyon avro qazanc əldə edib.
Nokianın satışları isə ilin ilk 3 ayında  keçən il ilə müqayisədə  30 faiz  azalaraq 7 milyard 354 milyon avroya  qədər geriləyib.Keçən il isə  şirkət yanvar-mart aylarında 10,4 milyard avro gəlir əldə etmişdi.

Ziba Yusifova 

movqe.az