"Bakı" klubu yunan forvardı ilə yollarını ayırdı

16 Dekabr 2012 14:44 (UTC+04:00)

"Bakı" yunanıstanlı hücumçusu Vangelis Mantsiosla yollarını ayırıb. Legioner futbolçu artıq Yunanıstana qayıdıb. Qeyd edək ki, 29 yaşlı futbolçu paytaxt klubuna bu yay transfer olunmuşdu. Amma ümidləri doğrultmayan forvard zəif çıxışı səbəbindən əvəzedici komandaya göndərilmişdi. Bununla barışmayan Mantsios isə "Bakı"dan getməyə qərar verib. Artıq tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdikləri bildirilir.