Qubada könüllü layihəsi davam etdirir -FOTOLAR
17 Dekabr 2012 11:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ötən həftə Qubada
fəaliyyət göstərən Azad Könüllülər Klubunun "Ədəbiyyat məktəbi"
adlı könüllü layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.
Tədbir Quba rayon Mərkəzi kitabxanasının oxu zalında keçirilib.
Tədbirdə iştirak edən gənclər 1-ci hissədə ədəbiyyatda dedektiv
janrı barədə klubun üzvü Cahangir Eyyubovun təqdimatından sonra
əvvəlcədən seçilmiş mövzular haqqında müzakirə ediblər. 2-ci
hissədə isə dünyaca tanınmış yazarımız Çingiz Abdullayevin həyat və
yaradıcılığı haqqında iştirakçılara dolğun məlumat verilib.
Azad Könüllülər Klubu’nun sədri Mehman Məmmədovun verdiyi
məlumata görə, layihə çərçivəsində gələn ilin may ayına qədər hər
ay müxtəlif yerli və əcnəbi yazarların həyat və yaradıcılığı
haqqında gənclərə məlumat veriləcək və ən azı 7 seminara qatılan
iştirakçılara sertifikatlar təqdim ediləcək.
Xatırladaq ki, Azad Könüllülər Klubu bu il Qubada təsis olunub və
şimal bölgəsində gənclərin maarifçiliyə həvəsləndirilməsi, onların
aktiv ictimai fəaliyyətə cəlb olunmasına çalışan müstəqil düşüncəli
gənclərin birliyidir.